Bu ölkədə 6 mindən çox jurnalist işini itirib – 231 media orqanı bağlanıb…

Dünya 18 Fevral 2022 | 16:17
OXUNUB: 906
Əfqanıstan Müstəqil Jurnalistlər Assosiasiyası və Sərhədsiz Reportyorlar təşkilatının dekabr ayında dərc etdiyi hesabata görə, 2021-ci ilin avqustundan, Taliban nəzarəti ələ keçirdikdən sonra 231 media orqanı bağlanıb və 6400-dən çox jurnalist işini itirib.

Sfera.az xəbər verir ki, jurnalistlərin dediyinə görə, bu qeyri-müəyyənlik içində hər gün başqa bir jurnalistin həbs olunduğu, dindirildiyi və ya Taliban tərəfindən zorakılığa məruz qalması xəbərləri alır.

Redaksiyalarda qadın jurnalistlərin sayı kişilərdən çoxdur. Əfqanıstanda Taliban nəzarəti ələ keçirdikdən sonra işçilərin 90 faizi ölkəni tərk edib və onların yerinə qadınlar keçib. Qadınların indiyə qədər birbaşa təhdid almadıqlarına baxmayaraq, qadın jurnalistlərin cinsi ayrı-seçkiliyə görə bəzi tədbirlərə və hadisələrin izlənməsinə icazə verilmədiyi vurğulanır.

Talibanın 6 aydır hakimiyyətdə olduğu ölkədə yeni administrasiya jurnalistləri dini qaydalara riayət edərək "ölkənin xeyrinə” xəbər verməyə istiqamətləndirir.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man