NATO Gürcüstan və Ukraynaya dəstəyini davam etdirəcək

Dünya 17 Fevral 2022 | 14:21
OXUNUB: 772
NATO-nın Gürcüstan və Ukraynaya güclü siyasi və praktiki dəstəyi davam edir.

Sfera.az  xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin iclasında deyib.

O bildirib ki, hazırda Avro-Atlantik regionunda sülh və sabitlik təhdid altındadır.

Stoltenberq vurğulayıb ki, NATO müttəfiqləri Ukrayna ətrafındakı vəziyyətə diplomatik həll yolunun tapılması üçün yorulmaq bilmədən çalışırlar.

"Diplomatiyanın davam etdirilə biləcəyi ilə bağlı Moskvadan işarələr var, amma bu vaxtadək biz qoşunların geri çəkilməsinin və ya de-eskalasiyanın əlamətlərini görməmişik. Rusiya bir daha Avropa təhlükəsizlik prinsiplərinə hörmətsizlik və güc tətbiqi hədəsi ilə məqsədlərinə çatmaq qabiliyyətini nümayiş etdirir”, - Baş katib qeyd edib.

O vurğulayıb ki, NATO bu yeni normalara hazırlıqlı olmalıdır.
 
(apa)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man