Erməni avtoritet büdcəyə 3.2 milyon dollar ödəyəcək

Dünya 14 Fevral 2022 | 17:40
OXUNUB: 929
Erməni əsilli kriminal avtoritet Aram Vardanyanın əmlakı müsadirə oluna bilər. 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu vəsatət qaldırıb. Vəsatət təmin olunacağı təqdirdə onun mülkiyyətində olan və qanunsuz yolla əldə edilən əmlaklar müsadirə olunacaq. 

Vardanyanın və yaxınlarının mülkiyyətində İrəvanda 10 mənzil, mağaza, müxtəlif profilli tikililər və 4 torpaq sahəsi var. Bu mülklərin bazar qoyməti toplam olaraq 1.7 milyon dollardır. 

Prokurorluq hesab edir ki, Vardanyan 1.5 milyon dollar pulunun qanuni yolla əldə edilməsini sübut edə bilməyib. Bu baxımdan, həmin pul da müsadirə olunacaq. Beləliklə, Vardanyan dövlət büdcəsinə 3.2 milyon dollar ödəməli olacaq. 

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vardanyan bir neçə dəfə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Ötən il onun evində axtarış aparılıb. Özü isə girov müqabilində azadlığa buraxılıb. 
 
(qaynarinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man