Ərdoğan BƏƏ-də Rusiya-Ukrayna gərginliyini müzakirə edəcək

Dünya 14 Fevral 2022 | 13:29
OXUNUB: 436
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya-Ukrayna gərginliyi ilə bağlı da fikir mübadiləsi aparacaq.

Sfera.az  Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə səfərdən əvvəl keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Ərdoğan BƏƏ ilə ikitərəfli əlaqələrin inkişafı istiqamətində müxtəlif addımların atılacağını bildirib. O, həmçinin görüşdə regionda baş verən proseslərin, o cümlədən Rusiya-Ukrayna gərginliyinin müzakirə olunacağını, xüsusilə böhranın həlli üçün hansı addımların atılacağından bəhs ediləcəyini deyib.

Eyni zamanda, Türkiyə lideri vurğulayıb ki, həyat yoldaşı Əminə Ərdoğan hələ də koronavirusdan sağalmayıb. Ona görə də səfərdə iştirak etməyəcək.

Qeyd edək ki, Ərdoğanın ikigünlük səfər çərçivəsində Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla müxtəlif razılaşmalar əldə edəcəyi gözlənilir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man