Deputat Nazarbayevin qızını istefaya çağırdı

Dünya 10 Fevral 2022 | 16:28
OXUNUB: 910
Qazaxıstan parlamentinin aşağı palatasının hakim "Nur Otan” partiyasından deputatı Aydos Sarım ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qızı, həmkarı Dariqa Nazarbayevanı istefa verməyə çağırıb.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı "Orda” yayıb.

A.Sarımın sözlərinə görə, yanvarın 5-dən bu günə qədər həmkarı Dariqa Nazarbayevanı parlamentdə görməyib: "Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, o, istefa verməlidir”.

O qeyd edib ki, Qazaxıstanda yaranmış avtoritar sistemi birbaşa Nazarbayevanın adı ilə əlaqələndirirlər: "Cəmiyyətdə böyük inamsızlıq və narazılıq var ki, onu aradan qaldırmaq lazımdır. Bu, bütün dünyada  siyasi cəhətdən istefa yolu ilə həll edilir. Bu, normal dünya praktikasıdır”.

Xatırladaq ki, Dariqa Nazarbayevanın uzun müddətdir ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.

Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvar ayından isə VII çağırış deputatıdır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man