Ərdoğandan təzminat iddiası

Dünya 08 Fevral 2022 | 23:24
OXUNUB: 1428
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya verilişində onu təhqir etdiyi iddiası ilə istintaq çərçivəsində həbs edilən jurnalist Sedef Kabaş və kanalın İdarə Heyətinin sədri Fırat Şakar haqqında 250 min lirə (təxminən 311 min manat) mənəvi təzminat iddiası qaldırıb.

Sfera.az xəbər verir ki, bu barədə Prezident Ərdoğanın vəkilləri vasitəsilə məhkəməyə müraciət edilib.

İşin qəbulunu tələb edən ərizədə verilişin yayımlandığı 14 yanvar tarixində 250 min lirə mənəvi təzminatın qanuni faizlə ödənilməsi istənilib.

Xatırladaq ki, televiziya proqramında Ərdoğana söylədiyi fikirlərə görə S.Kabaş haqqında istintaq başladılıb. Kabaş İstanbul Prokurorluğunun "prezidenti təhqir etmə" cinayəti ilə bağlı apardığı istintaq çərçivəsində həbs edilib.
 
(Qafqazinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man