İranda limanda yanğın oldu, 7 gəmi yandı

Dünya 08 Fevral 2022 | 14:55
OXUNUB: 979
Bu gün 03:30 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Nəxl-Təqi liman platformasında 7 kiçik tonnajlı gəmi yanıb.

Sfera.az xəbər verir ki, bunu İranın Əsəluyə rayonunun qubernatoru Əli Haşemi deyib.

Ə.Haşeminin sözlərinə görə, hadisə yerinə yanğınsöndürmə əməkdaşları cəlb olunsa da, gəmilər tamamilə yanıb. Lakin platformanın yanmasının qarşısı alınıb. Ümumilikdə dəyən xəsarət təxminən 500 milyard rial (təxminən 11,9 milyon dollar) civarındadır.

O bildirib ki, ümumilikdə Buşehr vilayətinin liman platformalarında saxlanılan kiçik tonnajlı gəmilərin sayının həddən çox olması təhlükə yaradır.

Yanğınla əlaqədar araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man