Böyük Britaniyanın Baş naziri Boris Conson Yaponiyaya səfərini təxirə salıb.
Sfera.az "Kyodo” agentliyinə istinadən xəbər verir ki, Consonun Yaponiyaya səfəri fevralın ortalarına planlaşdırılırdı.
Lakin Britaniya tərəfi səfərin təxirə salınması barədə Yaponiyanı məlumatlandırıb. Agentlik səfərin xüsusən də Ukrayna ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar təxirə salındığını bildirib.
Qeyd edək ki, B. Consonun Yaponiyaya səfəri rəsmi elan olunmasa da, bu barədə məlumatı yanvarın 29-u Yaponiyanın "NHK” telekanalı yaymışdı. Telekanal Consonun yapon həmkarı Fumio Kisida ilə danışıqlar aparacağını da açıqlayıb.