“Qazaxıstanda asayiş bərpa olunub” - Tokayev

Dünya 27 Yanvar 2022 | 15:05
OXUNUB: 1177
"Qazaxıstanda yanvar ayının əvvəlində baş verən iğtişaşlardan sonra vəziyyət tam olaraq sabitləşib, asayiş bərpa olunub”.

Sfera.az  xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında deyib.

Tokayev, həmçinin iclasda milli təhlükəsizliyin bütün aspektlərinin gücləndirilməsi üzrə dərhal konkret tədbirlərin həyata keçirilməsinə başlamaq barədə göstəriş verib. O qeyd edib ki, bütün dövlət orqanları baş verən hadisələrdən dərs çıxarmalıdır.

Bununla yanaşı, Tokayev təhlükəsizliyə cavabdeh olan bütün qurumların işini dəyişməli olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man