Zelenski Blinken ilə görüşdü: "Kəşfiyyatınız əla işləyir"

Dünya 19 Yanvar 2022 | 17:13
OXUNUB: 964
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

Sfera.az  xəbər verir ki, görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub.

"Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik - bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, - E.Blinken bildirib.

V.Zelenski isə ABŞ-ın dövlət katibinin Ukraynaya səfirinin rəsmi Kiyev üçün böyük önəm daşıdığını bildirib:

"Bu, ABŞ-ın müstəqilliyimizə, ölkənin suverenliyinə güclü dəstəyini bir daha vurğulayır”.

O, Ukrayna ilə bağlı heç bir qərarın iştirakımız olmadan verilməyəcəyinə əmin olduğunu qeyd edib.

Bundan başqa, Ukrayna Prezidenti ABŞ kəşfiyyatının fəaliyyətinə də diqqət çəkib:

"Kəşfiyyatınız əladır, amma siz okeanın o tayındasınız, biz isə burada. Düşünürəm ki, biz dövlətimiz haqqında bəzi şeyləri bir az daha dərindən bilirik”.

V.Zelenskinin nəyi nəzərdə tutumasını bildirməsə də, qeyd edə bilərik ki, yanvarın 18-də CNN jurnalistləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börnsün keçən həftə Ukraynaya gizlincə səfər etdiyini bildiriblər. Həmin gün ABŞ məbuatında MKİ-nin Ukraynada xüsusi əməliyyat qüvvələri hazırlaması proqramı barədə məlumat yayılmışdı.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man