Kriminal avtoritet Ermənistan vətəndaşlığından imtina etdi

Dünya 19 Yanvar 2022 | 11:06
OXUNUB: 631
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Don Pipo” ləqəbi ilə tanınan kriminal avtoritet Artur Asatryanın evində növbəti dəfə axtarış keçirib.

Sfera.az "Hraparak” qəzetinə istinadən xəbər verir ki, Asatryan nəşrə verdiyi müsahibəsində sözügedən faktı təsdiq edib.

"Qanuni oğru”nun sözlərinə görə, ona qarşı təqiblər səbəbindən Ermənistan vətəndaşlığından imtina etməli olub.

"Sifariş əsasında mənim barəmdə cinayət işləri başlatdılar. Bütün hökumət sistemi məni təqib etməyə başladı. Artıq dördüncü dəfədir ki, evimdə axtarış həyata keçirirlər, üstəlik mən evdə olmaya-olmaya”, - deyə Asatryan vurğulayıb.

Qeyd edək ki, "Don Pipo” barəsində istintaq aparılır. O, üç nəfərlə qabaqcadan əlbir olaraq sağlamlıq üçün təhlükəli güc tətbiq etməklə bir nəfəri oğurlamaqda, eləcə də qanunsuz silah əldə edilməsində və saxlanılmasında şübhəli bilinir. O, 2019-cu ildə saxlanılsa da, bir müddət sonra zaminə buraxılıb. Asatryan özünü günahkar hesab etmir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man