Qızlarının elit kollecə qəbul olması üçün rüşvət verən və bu səbəbdən iki aylıq həbs olunan aktrisa Lori Laflinin evi qarət olunub.
Sfera.az xəbər verir ki, aktrisanın Los-Ancelesdəki evindən 1 milyon dollar dəyərində zinət əşyaları oğurlanıb.
Təhlükəsizlik kamerasının görüntülərinə görə, qara paltarlı və maskalı oğrular yataq otağının pəncərəsindən evə daxil olub. Hadisə zamanı Lori və modelyer həyat yoldaşı Mossimo Cannulli evdə olmayıb.
Polislər evi qarət edənlərin hadisədən sonra ABŞ-ından getdiyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə həbs olunan aktrisa əlavə olaraq 150 min dollar cərimə və 100 saat ictimai işə məhkum edilmişdi. O, rüşvət qalmaqalından sonra "Netflix"in "Full house” serialından uzaqlaşdırılıb və ekran işi ləğv edilib.