Türkiyə növbəti rekorda imza atdı – Ərdoğan

Dünya 03 Yanvar 2022 | 16:28
OXUNUB: 1970
2021-ci ildə Türkiyənin ixrac həcmi 225,36 mlrd. dollar təşkil edib ki, bu da respublika üçün rekord göstəricidir.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

"Əvvəlki illə (2020-red.) müqayisədə ixrac həcmi 32,9 faiz artıb və 225,36 milyard dollar təşkil edib. Bu, rekorddur”, - ölkə başçısı deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ticarətinin həcmi 87,6 milyard dollardan (2002-ci il) 496,7 milyard dollaradək (2021-ci il) artıb. Ölkənin xarici ticarət kəsiri ötən illə müqayisədə 7,8% - 45,9 mlrd.-dək azalıb, ixracın idxala nisbəti isə 83,1%-dək artıb.  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man