Mütəxəssisdən AÇIQLAMA: “Delmikron” variantı yoxdur”

Dünya 28 Dekabr 2021 | 20:50
OXUNUB: 913
Koronavirusun qısa müddətdə yeni variant olaraq ortaya çıxan "Delmikron” ştammı haqqında gözlənilən açıqlama gəldi. Mütəxəssislər həmin adda variantın olmadığını vurğulayırlar.

"Delmikron” çaşdırıcı termindir. Bu adla heç bir variant yoxdur. İnsanın koronavirusun bu iki variantına yoluxması mümkündür. Ancaq bu ehtimal çox aşağıdır”, - deyə Hindistanın Maharaştra ştatında Bangalore Tata Genetika və Cəmiyyət İnstitutunun direktoru Rakeş Kumar Mişra açıqlayıb.


O həmçinin bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) belə bir variantla bağlı heç bir rəsmi açıqlaması yoxdur.

Dünyada nə qədər insanın həm "Delta”, həm də "Omikron” virusuna yoluxduğu hələ məlum deyil.

Mütəxəssislər həm bu rəqəmi müəyyən etmək, həm də həmin vəziyyətdə olan xəstələrin daha çox risk altında olub-olmadığını müəyyən etmək üçün çalışmaları davam etdirirlər.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man