"Aİ-nin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasında iştirakını alqışlayırıq"

Dünya 24 Dekabr 2021 | 17:36
OXUNUB: 500
"Rusiya Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyasına Avropa İttifaqı tərəfindən verilən dəstəyi müsbət qiymətləndirir".

Sfera.az  "TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"İkitərəfli münasibətlərin yoluna qoyulması üçün beynəlxalq səyləri alqışlayırıq. Bu zaman regiondakı reallığın nəzərə alınması, Bakı ilə İrəvanın razılığı, habelə bütün bunların əlavə dəyəri əsas götürülməlidir” – deyə o, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün Avropa İttifaqının ekspertlər göndərmək qərarını şərh edib.

Rusiya rəsmisi eyni zamanda xatırladıb ki, Moskva, Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra demarkasiyası üçün tərəflərin istəyilə Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiya yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.

"Biz öz tərəfimizdən Azərbaycana da, Ermənistana da lazımi dəstək verəcəyik” – deyə M.Zaxarova vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man