ABŞ “Omicron”a görə 200-dən çox təyyarə reysini təxirə saldı

Dünya 24 Dekabr 2021 | 12:27
OXUNUB: 394
ABŞ aviaşirkətləri 200-dən çox təyyarə reysini təxirə salıb.
 
Sfera.az bildirir ki, tanınmış şirkətlər "United Airlines” və "Delta Airlines” koronavirusun "Omicron” variantının çalışanlar arasında yayıldığını bildirərək, bu addımın atıldığını bildirib.

"United Airlines”ın yaydığı açıqlamaya görə, bu gündən etibarən 120 uçuş, "Delta Airlines”ın məlumatına əsasən isə, 90 uçuş ləğv edilib. Hər iki şirkət sərnişinlərin məlumatlandırılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. 

"”Omicron” ştamının ölkə üzrə artması uçuş heyətlərimizə və əməliyyatlarımızı idarə edən insanlara birbaşa təsir edib. Bunun nəticəsində təəssüf ki, bəzi reysləri ləğv etməli və müştərilərimizi hava limanına çatmazdan əvvəl xəbərdar etməli olduq”, - deyə açıqlamada qeyd olunub.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man