Polşalı hərbçi Belarusdan siyasi sığınacaq istəyib.
Sfera.az "Belta”ya istinadən xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin hərbçisi, 1996-cı il təvəllüdlü Çeçko Emil dekabrın 16-sı axşam saatlarında Belarus-Polşa sərhədi yaxınlığında saxlanılıb.
Bildirilir ki, hərbçi ölkəsinin miqrant böhranı ilə bağlı həyata keçirdiyi siyasətlə razı olmadığından Belarusdan siyasi sığınacaq istəyib.