İran və BMT arasında nüvə sazişi müzakirə olunur

Dünya 30 Noyabr 2021 | 15:35
OXUNUB: 1185
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı zamanı nüvə razılaşması müzakirə olunub.

Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin verdiyi məlumatda Quterreş və Abdullahianın regional və beynəlxalq məsələləri, Əfqanıstandakı hadisələri, eləcə də Vyanada nüvə müzakirələri haqda fikir mübadiləsi aparıblar.

Vyana danışıqlarında İranın "yaxşı bir razılaşma əldə etməyə" çalışdığını təkrarlayan İran rəsmisi qarşı tərəfin nüvə anlaşmasındakı bütün öhdəliklərinə qayıtmalı olduğunu qeyd edib. O, bu halda İranın da atdığı addımları dayandıracağını sözlərinə əlavə edib.
 
Vyanada keçirilən əvvəlki 6 müzakirə mərhələsini də diqqətdən kənarda saxlamadıqlarını bildirən Abdullahian yeni hökumət olaraq qiymətləndirmələr etmək və mübahisəli mövzularda danışıqlar aparmaq istədiklərini, bunun onların haqqı olduğunu diqqətə çatdırıb.

İranlı nazir Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossinin Tehran səfərinə toxunaraq agentliklə texniki əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Quterreş öz növbəsində nüvə danışıqlarının bərpasından məmnunluğunu və dəstəyini ifadə edərək razılaşmaya ümid etdiyini dilə gətirib.

O, Əfqanıstanla bağlı sanksiyalara baxmayaraq bu ölkənin iqtisadiyyatına pul axınını təmin etmək üçün Dünya Bankının dəstəyi ilə beynəlxalq fond yaratmağa çalışdıqlarını vurğulayıb.

Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man