ABŞ-ın 3 universiteti bomba təhdidlərinə görə təxliyə edildi

Dünya 12 Noyabr 2021 | 11:50
OXUNUB: 605
Cənubi Kaliforniya Universiteti, Nyu York Universiteti və Massaçusets Texnologiya İnstitutu bomba təhdidləriylə əlaqədar olaraq şəhərciklərin boşaldılması barədə qərar qəbul ediblər.

Sfera.az  xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin ərazisinə qoyulduğu iddia edilən bomba ilə bağlı məlumata əsasən binalara baxış keçirən hüquq-mühafizə orqanları artıq bunun dezinformasiya olduğunu bildirib, universitet işini davam etdirir. Həmçinin Massaçusets Texnologiya İnstitutunun ərazisində partlayıcı qurğunun olmasına dair heç bir sübut aşkarlanmayıb.

Ötən həftə ABŞ-ın bir neçə universiteti sonradan yalan olduğu aydınlaşdırılan bomba təhdidləriylə bağlı işçiləri və tələbələri təxliyə edib. Bunları sırasına Yale, Kolumbiya, Kornell və Braun universitetlərini aid etmək olar.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man