ABŞ və Çin razılığa gəldi: Hər il 100 milyard dollar...

Dünya 11 Noyabr 2021 | 12:12
OXUNUB: 1042
ABŞ və Çin yeni razılaşmaya imza atıblar.
 
Sfera.az bildirir ki, hər iki ölkə Qlazqo İqlim Sammiti çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı sürətləndirməyə qərar verib. ABŞ prezidenti Co Baydenin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri və çinli həmkarı Xi Zhenhua Şotlandiyada keçirilən sammitdə anlaşmanın maddələrini açıqlayıblar.

Razılaşmada, "ABŞ 2035-ci ilə qədər karbon çirkliliyi olmayan elektrik enerjisinə nail olmağı qarşısına məqsəd qoyub. Çin isə beş illik plan çərçivəsində kömür istehlakını azaldacaq və bu işin sürətləndirilməsi üçün əlindən gələni edəcək”, - deyə qeyd olunub.

Birgə bəyanatda, hər iki ölkənin inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə bağlı ehtiyaclarını qarşılamaq üçün 2025-ci ilə qədər hər il 100 milyard dollarlıq yardım etməyi öhdəsinə götürdüyü bildirilib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man