Kiyev Donbas üzrə üçtərəfli təmas qrupu çərçivəsində yeni altqrupun yaradılmasında israrlıdır.
Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
"Altqrupun yaradılması vacibdir. Bu qrup Donbasın Ukraynaya qaytarılması üzərində çalışacaq. Əgər Rusiya Minsk razılaşmasını tanıyarsa, o zaman öhdəliklərin icra edilməsinə razılıq verilməlidir”, - deyə Nikiforov bildirib.
Turan Rzayev
Sfera.az