"Son zamanlar Çinin, Şimali Koreyanın və
Rusiyanın atdığı addımlar Vaşinqtonu hərəkətə gətirib. ABŞ və Cənubi Koreya hərbi
hava qüvvələrinin birgə təlimə başlaması faktiki olaraq, bu ölkələrə edilən xəbərdarlıqdır”.
Bu sözləri Sfera.az-a açıqlama verən politoloq
Turab Rzayev ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin birgə təlimə
başlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın birdən-birə belə bir
təlimə başlamasının bir neçə səbəbi var:
"Birincisi, təlimin ilk hədəfi şübhəsiz
ki, Şimali Koreyadır. Bildiyiniz kimi, rəsmi Pxenyan uzun müddətdir, Cənubi
Koreyanı hədələyir. Vaxtaşırı ballistik və nüvə başlıqlı raketlərin sınaqlarını
keçirən Şimali Koreya həm Cənubi Koreya, həm də ABŞ üçün potensial düşməndir.
Bu mənada təlimin bir hədəfi də rəsmi Pxenyana mesaj verməkdir. Yəni Pxenyan
Seula hucum etsə, Vaşinqton buna səssiz qalmayacaq.
İkincisi, ABŞ bu təlimlər ilə həm də Çinə
mesaj verir. Rəsmi Pekin son zamanlar Tayvana qarşı təzyiqləri artırıb
Vaşinqton Pekinin Tayvana qarşı bu və bu kimi aqressiv davranışlarına səssiz
qalmayacağını bu təlimlər ilə bir daha göstərir.
Üçüncüsü, ehtimal ki, təlimlər ilə Vaşinqtonun
mesaj verdiyi digər ölkə də Rusiyadır. Ümumiyyətlə son günlər ABŞ, Alyaska və
Sakit okean hövzəsində hərbi mövcudiyyətini artırıb. Bununla o Kremlə bildirmək
istəyir ki, Rusiya üçün təhlükə həm də ən zəif olduğu yer Uzaq Şərqdən də gələ
bilər.
Nəticə etibarilə ABŞ bu təlimlərə hər üç
ölkəni hədəfə alır və konkret mesaj verir.
Turan Rzayev