Özbəkistanda Prezident seçkilərinin nəticələri AÇIQLANDI

Dünya 25 Oktyabr 2021 | 16:53
OXUNUB: 762
"Özbəkistanın hazırkı prezidenti, Özbəkistan Liberal Dermokrat Partiyası sədri Şavkat Mirziyoyev ötən gün keçirilən prezident seçkilərində səslərin 80,1 faizini toplayaraq yenidən dövlət başçısı seçilib”.

Sfera.az  yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zeynəddin Nizamxocayev bildirib.

Onun sözlərinə görə, rəsmən qeydiyyatda olan 20.158.907 seçicinin 16.212.343 nəfəri səsvermədə iştirak edib. Bu da 80,4 faiz seçici fəallığı deməkdir.

Rəsmi nəticələrə görə, Özbəkistan Xalq Demokrat Partiyası sədri Maqsudə Varisova ikinci yeri tutub. O, seçicilərin 6,6 faizinin dəstəyini qazanıb. Özbəkistan Milli Tiklanış (Milli Bərpa) Demokratik Partiyasından Əlişir Qadirov 5,5 faiz, Özbəkistan Ekoloji Partiyasından Nərzulla Ablamuradov 4,1 faiz, Özbəkistan "Ədalət” Sosial Demokrat Partiyasından Bəhram Əbdühəlimov isə 3,4 faiz səs toplayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man