DİN-dən 4630 manat cəriməsi olan sürücü barədə AÇIQLAMA - VİDEO

Nəqliyyat TV 06 Oktyabr 2021 | 18:51
OXUNUB: 16519

Daxili İşlər Nazirliyi 4630 manat cərimə borcu olan sürücü barədə açıqlama verib.  

Nazirliyini şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki,  sözügedən material ilə bağlı araşdırma aparılıb.  "Nəqliyyat vasitəsini idarə edən sürücü yol polisi əməkdaşı deyil. Bununla belə məlumat nəzarətə götürülüb. Avtomobil saxlanılaraq sürücü barəsində inzibati qaydada tədbir görüləcək və cərimənin ödənilməsi təmin ediləcək."

Xatırladaq ki, maşınını etibarnamə ilə polis əməkdaşına satan şəxs Bakı şəhər sakini Rövşən Məmmədov Avtosfer.az saytına müraciət edərək bildirib ki, atası Xudayat Məmmədovun mülkiyyətində olan 10-RA-282 qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili etibarnamə ilə yol polisi əməkdaşı Əliyev Natiq Zahid oğluna satıb. Lakin 1 il ərzində avtomobili öz adına rəsmiləşdirmədiyi üçün etibarnamə qüvvədən düşüb və o vaxtdan da avtomobili etibarnaməsiz idarə edir.

R.Məmmədovun sözlərinə görə maşının hazırkı sahibininin törətdiyi xətalara görə tərtib edilmiş elektron qərarların hamısı onun atasının adına rəsmiləşdirilir. O, bu barədə dəfələrlə Dövlət Yol Polisi İdarəsinə müraciət etməsinə baxmayaraq avtomobilin mühafizə olunan duracağa yerləşdrilməsi təmin edilmir.

Qeyd edək ki, hal-hazırda sözügedən avtomobilin üzərində ödənilməyən 4630 manat cərimə mövcuddur.

Ümid edirik ki, qısa zaman ərzində həmin avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi təmin ediləcək və tərtib edilmiş elektron qərarlar xətanı törədən sürücünün adına rəsmiləşdiriləcək.

Avtosfer.az-ın araşdırmasına görə, avtomobilin hazırkı sahibinin yol hərəkəti qaydasını kobud şəkildə pozaraq birtərəfli yolun əksi istiqamətinə hərəkət etməsi ilə bağlı sosial şəbəkədə videoları da dərc edilib. Həmin videogörüntünü təqdim edirik:

Emin

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man