Gürcüstan ombudsmanı Nino Lomcariya sabiq prezident Mixeil Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanasına gedib.
Sfera.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, sabiq dövlət başçısının saxlanma şəraiti ilə tanış olacağını bildirib.
Həmçinin Saakaşvilinin saxlanılan şəxs kimi hüquqi statusu ilə maraqlanacağını deyib.
Qeyd edək ki, Mixeil Saakaşvili bu gün Gürcüstanda saxlanılıb.