Minlərlə turistdə koronavirus aşkarlandı

Dünya 30 Sentyabr 2021 | 20:50
OXUNUB: 1113
Turizm mövsümü başlayandan bəri Antalyada xarici turistlər arasında 1,2 milyondan çox (1.226.796) PCR test aparılıb. Nəticədə 31.979 testin cavabı müsbət çıxıb. Beləliklə, Antalyaya dincəlməyə gələn əcnəbilər arasında yoluxma faizi 2,61% təşkil edib.

Sfera.az xəbər verir ki, bu məlumatı Antalya Səhiyyə İdarəsinin müdiri Dr. Ünal Huldur mətbuat konfransı zamanı açıqlayıb.

Ünal Huldur, hazırda Antalyada əhalisinin aktiv şəkildə peyvənd edildiyini vurğulayıb.
 
Türkiyə Səhiyyə Nazirliyindən verilən son məlumata görə, bölgədə koronavirusun yayılması 100 min əhaliyə 47,29 hadisə təşkil edir.

Bu göstərici "narıncı" risk səviyyəsinə uyğundur. Hazırda 136 xəstə reanimasiya şöbəsində müalicə olunur. Beləliklə, yataq tutumundan istifadə nisbəti 51,9%-dir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man