BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində təşkilatın baş katibi Antoniu Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Sfera.az-ın məlumatına görə, bu barədə baş katibin ofisinin açıqlamasında deyilir.
Məlumata əsasən, görüş zamanı tərəflər Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər:
"Baş katib və xarici işlər naziri bir çox məsələ üzrə Rusiya və BMT arasındakı əməkdaşlığı müzakirə ediblər. Tərəflər həmçinin Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı son hadisələr üzrə fikir mübadiləsi aparıblar".