Qırğızıstanla Tacikistan toqquşması: 20 ölü, 150 yaralı - VİDEO

Dünya 30 Aprel 2021 | 11:33
OXUNUB: 1581
Qırğızıstanda Tacikistanla münaqişə zamanı onlarla bina yanıb.
 
Sfera.az-ın məlumatına görə, bu barədə  respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirildi.

Bütün dağıntılar Batken vilayətinin payına düşüb. Sözügedən vilayətin Leylək rayonunun Kulundu kəndində iki, Maksat kəndində isə on ev və bir məktəb məhv edilib.
 
 
"Batken rayonunda doqquz yaşayış binasında, on yanacaqdoldurma məntəqəsində, iki restoranda, səkkiz mağazada, keçmiş kazinonun binalarından birində və bir sərhəd postunda yanğın baş verib. Ak-Say kəndində isə Fövqəladə Hallar Nazirliyinin yanğın - xilasetmə hissəsinin binasında yanğın olub",- deyə nazirlikdən əlavə edilib.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan arasındakı  sərhəd bölgələrinin yerli sakinləri arasında baş verən  münaqişə  silahlı qarşıdurmaya çevrildi. Qırğız və tacik hərbçiləri arasında toqquşmalar altı saatdan çox davam etdi.

Qanlı olay nəticəsində hər iki tərəfdən 150-dən çox insan yaralanıb, 20 nəfər həlak olub. Dünən axşam tərəflər atəşkəs və qüvvələrin geri çəkilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, sözügedən region vaxtaşırı qarşıdurma zonasına çevrilir,bunun  əsas səbəbi isə mübahisəli sərhəd sahələridir.
 
 
Selcan
Sfera.az
 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man