Türkiyə parlamentindən Baydenin “soyqırımı” ifadəsinə qarşı - BƏYANAT

Dünya 27 Aprel 2021 | 18:16
OXUNUB: 2046
Türkiyə Böyük Millət Məclisində ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqədar işlətdiyi "soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul olunub.

Sfera.az xəbər verir ki, bəyanatda Baydenin açıqlaması sərt şəkildə qınanılıb.

"ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli açıqlaması ilə 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbilərinin iddialarını ehtiva edən tezisləri mənimsəməsini, Türkiyə Böyük Millər Məclisi olaraq təəssüflə və şiddətlə qınayır, tarixin siyasi motivlərlə təhrifindən başqa məna daşımayan bu əsassız iftiraları ən güclü şəkildə rədd edirik.

Tarixi mövzularda hökm verməyə hüquqi və əxlaqi icazəsi olmayan ABŞ prezidentinin bu açıqlaması nəzərimizdə yox hökmündədir.

Baydeni tarixi həqiqətlərlə əlaqəsi olmayan, millətimizin vicdanını dərindən yaralayan bu xətalı açıqlamasını dəyişdirməyə, başda türk və erməni xalqları olmaqla, bölgə xalqları üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşamağa çalışmalarını dəstəkləməyə və ikitərəfli əlaqələrimiz üzərində qaçılmaz olaraq mənfi təsirlər göstərəcək bu qərardan geri dönməyə dəvət edirik”, - bəyanatda deyilir.

Bundan sonra Ümumi Şurada səsverməyə çıxarılan bəyanat qəbul edilib.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man