Böyük Britaniya Baş naziri Boris Consonun
koronavirusla bağlı qızğın müzakirələrdən birində, xəstəlik səbəbilə cəsədlər yığılsa
belə məhdudiyyətlə bağlı tədbirlərin atılmasın əleyhinə olduğunu bildirdiyi
iddia edilib.
Sfera.az xəbər verir ki, u haqda ölkənin aparıcı qəzeti sayılan "Daily Mail”
yazıb. Xəbərdə baş nazirin adından belə ifadə qeyd olunub: "Üçüncü dəfə çöləçıxma qadağası və məhdudiyyətlər elan
etməkdənsə, minlərlə cəsədin yığılmasını üstün tutardım".
Qəzetin manşetində yer alan xəbərdəki ifadəni B.
Consonun öz məsləhətçilərindən birinə dediyi qeyd olunub.
Xəbər Böyük Britaniya mediasının gündəmini zəbt edərkən
B. Conson belə bir ifadədən istifadə etmədiyini açıqlayıb.
Məsələ ilə əlaqədar Böyük Britaniya Müdafiə naziri Ben
Vallas "Sky News”a bildirib ki, iddialar həqiqətə uyğun deyil.
"Şayiələrə dair xəbərlərin şahidi oluruq. Adı açıqlanmayan
mənbələr və adı açıqlanmayan məsləhətçilər, adları çəkilməyən hadisələrdə bəzi
açıqlamalar verirlər. Bu isə ciddiyə alınacaq bir şey deyil", - deyə o
qeyd edib.
İnci
Sfera.az