Ukrayna təyyarəsinin vurulmasına görə İranda 10 məmur həbs oluna bilər

Dünya 06 Aprel 2021 | 15:44
OXUNUB: 924
İranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin paytaxt Tehran üzərində "təsadüfən" vurulması ilə əlaqədar 10 məmura qarşı iddianamə hazırlanıb.

Sfera.az xəbər verir ki, Tehranın Hərbi Baş Prokuroru Qulam Abbas Türki məhkəmənin Ukrayna təyyarəsinin vurulmasında rolları olması iddiası ilə 10 İran rəsmisinə qarşı ittihamnamə elan etdiyini açıqlayıb. O, ittiham aktının subyektləri, hansı maddələrlə ittiham olunmaları və məmurların adları ilə bağlı təfərrüatları paylaşmayıb.

Qulam Abbas Türki bu ilin yanvarında verdiyi açıqlamada təyyarə qəzası ilə əlaqədar hadisədə günahkar olduğu bilinən şəxslərdən təkcə 1-nin həbs edildiyini və digərlərinin girov müqabilində sərbəst buraxıldığını açıqlamışdı.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi 2020-ci ilin 8 yanvarında İmam Xomeyni adına Beynəlxalq Hava Limanından Kiyevə doğru havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb və təyyarədəki 176 sərnişin həlak olub.

İran rəsmiləri əvvəlcə təyyarənin vurulduğuna dair iddiaları qəbul etməsələr də daha sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna təyyarəsinin həssas hərbi nöqtə üzərindən keçərkən hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket tərəfindən "insani səhv" ucbatından vurulduğunu açıqlayıb.

Hadisədən təxminən bir il sonra İran həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar məbləğində təzminat ödəyəcəyini elan edib.
 
Sfera.az
Əzizə
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man