Parisdə talanlar başlayıb - VİDEO

Dünya 05 Dekabr 2020 | 23:29
OXUNUB: 8944
Noyabrın 24-də Fransa parlamentində "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə edilən müvafiq dəyişiklikdən sonra ötən həftənin şənbə günündən etibarən Parisdə Jurnalist həmkarlar ittifaqları və müxalif qüvvələrin etiraz nümayişləri davam edir. 

Sfera.az xəbər verir ki, bu gün paytaxtın Qambet prospektində keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında yenidən qarşıdurma baş verib. 

"Hər kəs polisə nifrət edir" şüarı ilə etirazçılar avtomobilləri yandırıb, ofis və ticarət mərkəzlərinin şüşələrini qırıb, polisin üzərinə qablara doldurulmuş boya atıblar. 

İğtişaşlar səngiyəndən bir müddət sonra – günorta saatlarından etibarən etirazlar daha aqressiv xarakter alıb. Nümayişçilər bu dəfə hüquq-mühafizə orqanları əməkdaşlarına daş və butulkalar atıblar. Sonra şəhərdə talanlar başlayıb. 

Polis nümayişilərə gözyaşardıcı qazlardan və su şirnaqlarından istifadə edib. 

Etiraz aksiyaları Fransanın digər şəhərlərində də davam edir.

Qeyd edək ki, bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı təkcə Parisdə 22 nəfərin həbs olunduğunu bildirmişdi. 

Xatırladaq ki, etirazlara səbəb olan qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Qanuna edilən dəyişiklik müxalifət tərəfindən söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Sənədin gələn ilin yanvar ayında Fransa parlamentinin yuxarı palatası olan Senata göndəriləcəyi bildirilib. (Apa)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man