İranın sabiq vitse-prezidenti həbs edildi

Dünya 05 Dekabr 2020 | 21:03
OXUNUB: 5736
İranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib.

Sfera.az xarici mediyaya istinadən xəbər verir ki, İranın Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci filialının qərarına əsasən, sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib.

Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

İranın vitse-prezidentinin verilən qərarla bağlı apelyasiya şikayəti verəcəyi bildirilir.

Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man