Moskvanın 40 nömrəli Kliniki Şəhər Xəstəxanasının baş həkimi Denis Proçenko koronavirusa yoluxub.
Sfera.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə həkim Feysbuk səhifəsində yazıb.
O, səhhətinin normal olduğunu bildirib.
Qeyd edək ki, baş həkim ötən həftə klinikanı ziyarət edən Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.