Koronavirus Afrikanı cənginə almağa başladı

Dünya 16 Mart 2020 | 14:35
OXUNUB: 2472
 

Afrikanın daha bir ölkəsində koronavirus aşkarlanıb.

Sfera.az  xəbər verir ki, Qərbi Afrika ölkəsi olan Liberiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Ölkədə koronavirusa ilk yoluxan şəxs Ətraf Mühitin Müdafiəsi Agentliyinin başçısı Nataniel Blama olub. Onun daha öncə İsveçrəyə səfər etdiyi bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 158 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170 845-ə çatıb. Bunların 77 790 nəfəri sağalıb, 6 526 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.  (report)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man