"Apple" şirkəti koronavirusla əlaqədar mağazalarını bağlayır

Dünya 14 Mart 2020 | 12:30
OXUNUB: 3106
 

"Apple" şirkəti koronavirus pandemiyası ilə əlaqədar Çin istisna olmaqla digər ölkələrdəki bütün mağazalarını bağlayır.

Sfera.az bildirir ki, bu barədə icraçı dirketor Tim Kukun "Apple" şirkətinin saytında müraciəti dərc olunub.

Tim Kuk bildirib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə şirkət Çin istisna olmaqla digər ölklərdəki pərakəndə satış mağazalarını martın 27-dək bağlayacaq.

İcraçı direktorun müraciətində qeyd olunur ki, virusun ötürülmə riskini minimuma endirməyin ən təsirli yolu sıxlığı azaltmaq və sosial məsafəni maksimuma çatdırmaqdır. Tim Kuk işçilərin evdən öz işlərinə davam edə biləcəyini bildirib.

Kuk bağlanan mağazalardakı bütün işçilərin normal maaş almağa davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, şirkət daha öncə virusun sürətlə yayılması ilə əlaqədar İtaliya və İspaniyadakı mağazalarını bağlamışdı.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man