Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib

Dünya 24 Fevral 2020 | 22:00
OXUNUB: 1771
 

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. 

Sfera.az APA-ya istinadən bildirir ki, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirlər barədə təkzib verməyi tələb edir.

Qeyd edək ki, Paşinyan Tovmasyanı bir neçə dəfə sərt tənqid edərək, onu əvvəlki rejimin müdafiəçisi adlandırıb.

Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 

 

Paşinyan dəfələrlə Tovmasyanın bu vəzifəyə saxta yolla seçildiyini bildirib. Tovmasyan da öz növbəsində siyasi təqibə məruz qaldığını irəli sürüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man