Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır - BİNA TİKİLƏCƏK (FOTOLAR)

Cəmiyyət 07 Fevral 2020 | 13:20
OXUNUB: 2076

1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.

Sfera.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, iş adamlarından biri həmin binanı alaraq sökdürməyə başlayıb. Bu ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Sözügedən bina 2018-ci ilə qədər Mənzil İstismar sahəsinin balansında olub. Göyçay Rayon İcra Hakimiyyətindəki komissiyanın qərarı ilə bina qəzalı olduğu üçün idarənin balansından çıxarılıb. Bundan sonra bina yerli sahibkarlardan birinə satılıb. Yerində isə hündürmərtəbəli binanın tikiləcəyi iddia olunur.

 

Qeyd edək ki, divarları​ dövrünün inşaat materealları​ ilə​ ​ bişmiş və çiy kərpicədən hörülən binanın qapı, pəncərə, döşəmə və dirəkləriinn hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi möhkəmliyini​ saxlaya bilib. Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə​ 1865-Cİ​ ildə General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini, Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man