Seçicilər Naqif Həmzəyevi yenidən millət vəkili görmək istəyirlər - VİDEO

Cəmiyyət 05 Fevral 2020 | 11:50
OXUNUB: 1139

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Naqif Həmzəyev təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş şəhərin Heydər Əliyev prospektində olub.

Məhəllələrarası ərazilərdə seçicilərlə keçən görüşdə Naqif Həmzəyev Yeni Azərbaycan partiyasının ölkənin ictimai – siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının, səhiyyə, təhsil sahələrinin hərtərəfli inkişafı, sosial rifahının,mənzil şəraitinin yaxşılaşması, ərazi bütövlüyümüzün bərpa edilməsi kimi məsələlər ölkənin prioritet istiqamətləri kimi əsas götürüldüyünü diqqətə çatdırıb.
Seçicilər "Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyevi yenidən millət vəkili kimi görmək istədiklərini, seçkilərdə ona səs verəcəklərini dilə gətiriblər.

Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev etimada, güvənə və dəstəyə görə görüş iştirakçılarına təşəkkür edib, hər bir seçicini 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə ən layiqli namizədə səs verməyə çağırıb.

Səmimi keçən görüşdə sakinlərin sualları cavablandırıb, təklif və problemlərinin qeydiyyatı aparılıb.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man