YAP-ın namizədi Şabranın kəndlərində olub - FOTOLAR

Cəmiyyət 03 Fevral 2020 | 10:20
OXUNUB: 1404
 Bu gün qeyri iş günü olmasına baxmayaraq YAP-ın deputatlığa namizədi Sadiq Qurbanov növbəti görüşünü seçicilərlə Şabran rayon kəndlərində keçirib.

Sfera.az xəbər verir ki, rayonun Şahnəzərli, Aygünlü və Mollakamallı kəndlərində keçirilən görüşlərdə ağsaqqalları Əhməd kişi, Bayram kişi, Nürəddin kişi, Adil kişi S.Qurbanova öz xeyr-dualarını veriblər və 9 fevral, seçki günündə YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.

Daha sonra havanın yağışlı olmasına baxmayaraq S. Qurbanov Şabran rayonunun Rəhimli, Borbor və Maytablı kəndlərinin sakinləri ilə görüşə gedib.

Burada da kəndin ağsaqqal və ağbirçəkləri - Zakir kişi, Rafiq müəllim, Gülsüm nənə öz xeyir-dualarını verərək prezidentimiz İlham Əliyevdən və Birinci vitse prezident Mehriban xanım Əliyevadan razılıqlarını bildiriblər.

Seçki günündə YAP namizədinə qələbə arzulayıblar.

Hər bir kənddə S.Qurbanov seçicilərinin problemlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Dünən isə S.Qurbanov rayonun Qələgah və Ləcədi kəndlərində seçicilərlə görüşüb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man