Bakıda maşınların üstünə kərpic atdılar - FOTO

Cəmiyyət 22 Noyabr 2019 | 20:15
OXUNUB: 1817

Yasamal rayonunda qəribə hadisə baş verib. 

 Sfera.az xəbər verir ki, rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən "VİTR- Fitness” fitnes klubun yaxınlığında, "Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib.

Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır:

 

"Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.

Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”. (oxu.az)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man