Ali Məhkəmə, müxalif İnternet televiziya kanalı Meydan TV-nin saytının bloklanmasını nəzərdə tutan qərarı ləğv edib.
Sfera.az bildirir ki, bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində vəkil Xalid Ağəliyev məlumat yayıb.
Xatırladaq ki, 2017-ci ilin may ayında Səbail Rayon Məhkəməsi "Azadlıq" qəzetinin, "Azadlıq" radiosunun, Azərbaycan Saatı və Meydan TV-nin saytlarının bloklanması barədə qərar qəbul etmişdi.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini rədd etmişdi, bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.
Sentyabrın 10-da Ali Məhkəmə kassasiya şikayətinə, şikayət edən tərəfin iştirakı olmadan baxıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib.
Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Meydan TV-nin saytının bloklanması ilə bağlı qərara yenidən baxacaq. (virtualaz.org)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man