Mingəçevirdə 200 ailənin həyatı təhlükədə (FOTO/VİDEO)

Cəmiyyət 09 Sentyabr 2019 | 14:21
OXUNUB: 767
 
Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 17-də yerləşən yataqxana binası tamamilə deformasiya olunub, qəza vəziyyətindədir. 

Sfera.az xəbər verir ki, 200-dən artıq qaçqın və məcburi köçkün mediaya müraciət edərək şəhərdə hər an böyük faciə ola biləcəyini deyib. TV7.az-ın hadisə yerinə gedən çəkiliş qrupu binanın zirzəmisinin tamamilə yararsız vəziyyətə düşdüyünə şahid olub. Bundan başqa binanın bütün mərtəbələrində su, kanalizasiya sistemi tamamilə sıradan çıxıb, hər an uçma təhlükəsi müşahidə olunur. Binanın beton özəyi çirkab sularının təsirindən sıradan çıxıb, bütün mümkün dayaqlar demək olar ki, yox səviyyəsindədir. 50-dən çox ailənin, bütövlükdə 200 insanın həyatı təhlükədədir.

Sakinlərin dediyinə görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə Heydər Əliyevin adını daşıyan prospektə heç kim, heç bir qurum baş verə biləcək faciənin qarşısını almaq niyyətində deyil. 

Videoreportajı təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man