Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib.
Reytinq "The Economist Intelligence Unit" və "The Economist" nəşrləri tərəfindən tərtib edilib.
Ekspertlər siyahını hazırlamaq üçün dünyanın 60 böyük şəhərini 57 müxtəlif göstərici (rəqəmsal təhlükəsizlik, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s.) əsasında təhlil ediblər.
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqinə Tokio başçılıq edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq, Sinqapur, Osaka, Amsterdam və Sidney tuturlar.
Paytaxt Bakı 56,4 balla 49-cu mövqedə qərarlaşıb. Azərbaycan paytaxtı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pilləyə layiq görülüb.
Qeyd edək ki, reytinqdə MDB ölkələrindən yalnız Moskva və Bakı şəhərləri yer alıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man