Ermənistan 5-6 il əvvəl elan etmişdi ki, ölkədə smartfon və planşetlər istehsal olunacaq. Hətta, deyirdilər ki, bazara çıxaracaqları məhsullar dünya brendlərilə ciddi rəqabətə girəcək. Kasıb itinin adını gümüş qoyduğu kimi, bunlar da "smartfonlarına” – ArmPhone , "planşetlərinə” isə ArmTab adı verdilər.
O vaxt rus mətbuatında bu barədə bir sıra xəbərlər gözümə dəymişdi. Eksperlərin əksəriyyəti Ermənistanı lağa qoyurdu, "Erməniləri kimsə aldadıb ki, smartfon yaratmaq konyak istehsal etmək kimi bir şeydir” kimi məzəli reaksilar verirdilər. Qərəz, müəyyən müddətdən sonra ortaya çıxardıqları məhsulun əslində "Technology and Science Dynamics” adlı ABŞ şirkəti tərəfindən istahsal olunduğu məlum oldu. O da açıqlandı ki, bəs yığılma prosesi də Amerikada və Honkoqda aparılır. "Bunun harası "Made in Armenia” oldu” suallları yaranada isə dedilər ki, bəs proqram təminatı erməni mütəxəssisləri tərəfindən hazırlanıb.
Vaxt ötdü, həmin bu ArmPhone və ArmTap-ların az sayda istehsalına başlanıldı. Amma bazar erməni məhsuluna ürək qızdırmadı. Ortaya dizayn oğurluğuna dair iddialar çıxdı. Kimi dedi "Xiaomi”dən oğurlayıblar, kimi də "Huawei”yə oxşatdı. Ardınca o da məlum oldu ki, bu smartfon və planşetlər öz texniki imkanları ilə də bazardakı markalarla rəqabətə girə bilməzlər. Qısası, bazar erməni məhsullarını anlaya bilmədi və nəticədə növbəti illər üçün planlaşdırılmış böyük həcmli istehsal proqramı dayandırıldı. Ermənistanın Dövlət Statistika Xidmətinin açıqladığı məlumatlarından da görünür ki, ArmPhone və ArmTab-ların istehsalı biabırçı göstəricilərə malikdir. Əgər 2016-cı ildə 900-ə yaxın "smartfon” istehsal olnmuşdusa, 2017-ci ildə say birdən-birə 500-ə düşüb. 2018-ci ildə isə vəziyyət daha da pisləşib. İl ərzində cəmi 200 məhsul istehsal olunub.
Planşetlərlə də bağlı vəziyyət eynidir. Rəsmi məlumatlarda ötən ilin göstəriciləri olmasa da, 2016 və 2017-ci ilin birinci yarısı üzrə müqayisəli məlumatlarla tanış olmaq mümkündür. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 696 ədəd planşet istehsal olunubsa, 2017-ci ilin analoji dövründə cəmi 55 ədəd planşet ərsəyə gətirilib. Görünür sonrakı müddətdə gəstəricilər daha biabırçı həddə düşdüyündən onları yaymağı məqsədəuyğun bilməyiblər.
Amma…
Əli Kərimli "BBC Azərbaycan”a verdiyi müsahibədə iddia edir ki, Ermənistan ildə yarım milyard dollarlıq yüksək texnologiya məhsulu ixrac edir. Özü də bunu elə böyük şövqlə, həvəslə dilə gətirir ki, elə bil Ermənistanın iqtisadi inkişaf naziridir. Yalandır! Ermənitsanın yüksək texnoloji məhsul istehsal etmək gücü ancaq vitrin doldurmağa kifayət edəcək qədərdir. Ortada yalnız erməni nazirlərin boş bəyanatları, "böyük potensialımız var” kimi arxasında real imkanlar dayanmayan quru açıqlamaları var. Xarici ölkələrdə yaşayan erməni əsilli mühəndislərin hazırladığı hansısa layihə, 5-6 smartfon adına rəzalət nümunəsinin istehsalı Ermənistanın "İKT yurdu” olduğunu göstərmir! Bu yaramaz ölkənin başqa nəyi var axı? Əli Kərimli başqa hansı informasiyalara malikdir ki, Ermənistanı dünyaya yüksək texnoloji məhsullar ixrac edən ölkə kimi qələmə verir? Orda-burda 100 ədəd planşet yığmaqla yarım milyard dolları necə qazanmaq olar?..
Uydurmadır!
Ermənistanın informasiya təhlükəsizliyi üzrə tanınmış ekspertlərindən olan Samvel Martirosyan bir müddət əəvvəl "Sputnik”ə verdiyi müsahibədə ölkəsinin texnoloji imkanlarından danışmışdı. Hazırkı göstəricilərə əsaslanan Martirosyan Ermənistanın yüksək texnologiyalar ölkəsi kimi təqdimatına etiraz edərək demişdi ki, smartfon və planşet istehsalı ilə dünya nəhəngləri ilə rəqabətə girməyi hədəfləmək ağılsızlıqdır: "Bu, mifdir. Mövcud imkanlara uyğun hərəkət etmək lazımdır”.
Erməni ekspertin fikrincə, həmin smartfonları ancaq diaspora nümayəndələrinə satmaq olar: "Amma bu bazar da tez doyacaq”.
Bunu, Əli Kərimlinin iddia etdiyi kimi AzTV demir ey, ermənilər açıqlayır. Özləri etiraf edirlər ki, smartfon istehsalı adı ilə ortaya düşmək, texnologiyalar ölkəsi adına idda etmək Ermənistanın heç harasına yaraşmır… Əli Kərimli başqa hansı texnologiya nümunələrini nəzərdə tutur?
Vallahi üzücü haldır… Azərbaycan müxalifətinin lideri adına iddia edən adamın xarici media orqanına verdiyi müsahibədə öz əlkəsini aşağılayaraq düşmən Ermənistanın ünvanına tərif yağdırmasını necə sinirəsən axı. Üstəlik yətim günündə olan ölkəni böyük imkanlar sahibi kimi təqdim edir. Məqsədi nədir? Niyə bu yolu tutub? Düşmənə bu qədər məhəbbət, öz dövlətinə bu qədər nifrət haradandır axı? Samvel Martirosyan Kərimlinin müsahibəsi ilə tanış olsa, deməzmi ki, a bəy, axı sən niyə ermənidən artıq ermənilik edirsən? Niyə yalandan basıb-bağlayırsan? Haradadır Ermənistanın o hünəri ki, dünyaya özünü yüksək texnoloji məhsullar istehsal edən ölkə kimi tanıtsın? Deyər, soruşar, hələ üstəlik azərbaycanlı siyasətçinin düşmən ölkəyə rəğbət bəsləməsindən təəccüblənər də…
Qəribədir, ermənilər bizim imkanlarımız və potensialımıza həsəd aparır, bizimki isə düşməni mataha çevirir…
Eybi yox, bu da onun seçimidir. Onsuz da ermənilər bundan sonra nə qayırsalar belə, Mingəçevirdə istehsal olunan kompüterlərin, nettopların, sensor ekranlı monoblokların "dırnağına” da dəyməyəcək!
Yaşasın "Made in Azerbaijan”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man