Bakı Avtovağzalında 5 yaşlı uşağa tam bilet satılıb

Cəmiyyət 17 İyul 2019 | 10:59
OXUNUB: 2456

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə şəhərinə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı araşdırma aparıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova bildirib.

"Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik və ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq. Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. O zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı”, - o deyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man