Bu şəxslər təhsil haqqından azad olunacaqlar

Cəmiyyət 29 May 2019 | 17:51
OXUNUB: 2880
Ali məktəblərə qəbul imtahanında iştirak edən abituriyentləri, eləcə də onların valideynlərini daha çox ödənişli ixtisaslarla bağlı məsələlər maraqlandırır. Bəzi abituriyentlər ödənişli ixtisaslara qəbul olunsalar da, təhsil haqqını ödəyə bilmədiklərindən, tələbəlik həyatını yaşaya bilmirlər. Bəs kimlər təhsil haqqından azaddır?
 
Mövzu ilə əlaqədar Lent.az -a danışan təhsil eksperti Kamran Əsədov kimlərin təhsil haqqından azad olunması ilə bağlı detalları açıqlayıb:
 
"Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər (ancaq dövlət təhsil müəssisələrində), "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanununa (maddə 3) görə şəhid ailəsi statusunu almış ailənin üzvü də təhsil haqqından azaddır.
 
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ilə 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərcləri də dövlət hesabına ödənilir".
 
Onun sözlərinə görə, bundan başqa, 2013/2014-cü tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar da "Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1) və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5) ilə təhsil haqqından azad olunurlar.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man