İngiltərənin "Liverpool” klubunun baş məşqçisi Jürgen Kloppun UEFA Avropa Liqasında Bakıda keçiriləcək olan finalı barədə neqativ fikirlərinə sərt reaksiyalar ara vermir. Bakıda bircə dəfə olmuş hər hansısa ictimai xadim, jurnalist və ya idmançı Kloopu Bakı barədə səhv düşüncələrinə görə qınamaqdadır.
Elə Rusiya futolunun canlı əfsanələri, Duma deputatları da öz açıqlamalarında bu mövzuya toxunublar.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, son Rusiya çempionu "Zenit”in baş məşqçisi Serqey Semak britaniyalı azarkeşlərə səslənərək, onları Bakıya gəlməkdən çəkinməməyə çağırıb.
Sitat:
"Bakı gözəl və qədim şəhərdir. Avroliqa finalının bu şəhərdə keçirilməsini tam dəstəkləyirəm. O ki qaldı yolun uzaqlığıyla bağlı bəhanəyə, ildə bircə dəfə uzun yol qət etmək problem olmamalıdır. Əminəm ki, azarkeşlər Bakıya gəlməkdən böyük həzz alacaqlar”.
Semak daha sonra bildirib ki, keçmiş SSRİ ərazisində Kiyev və Moskvada da final oyunları keçirilib və avropalılar yeni şəhərlərlə tanış olublar:
"Ən yaxşısı odur ki, əvvəl öz gözünlə gör, sonra nəticə çıxart”, deyə baş məşqçi Kloopa səslənib.
Rusiya yığmasının keçmiş üzvü Roman Pavlyuçenko isə əvvəlcə Kloopa sual ünvanlayıb:
"Başa düşə bilmirəm Bakı niyə sənin xoşuna gəlməyib? Sən necə düşünə bilirsən ki, Bakı uzaqdır, ora gedib çıxmaq mümkün deyil? Bu, nə məntiqdir!”
"Lokomotiv” komandasının baş məşqçisi Yuri Syomin də Bakı və Avroliqa finalıyla bağlı fikirlərini bölüşüb:
"Sizi məmnuniyyətlə qonaq edəcəklər. Ağlasığmaz dərəcədə dadlı təamlara qonaq olacaqsız. Siz dəbdəbəli otellər və bu otellərdə inanılmaz servislə qarşılaşacaqsınız. Bakının füsunkar gözəlliyini seyr edəcəksiz. Yeni dostlar tapacaqsız və bir daha bu şəhərə qayıtmaq istəyəcəksiz".
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədr müavini, keçmiş futbolçu və baş məşqçi Valeri Qazzayev də ingilis azarkeşlər səslənib:
"Səmimi qəlbdən deyirəm, Bakıya gedin, özününzü bu gözəl və möcüzəli bir şəhəri görməkdən məhrum etməyin. Avroliqanın finalı kimi sevincdən kənarda qalmayın”.
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Mixail Deqtaryov isə Bakını belə hərəkətlərə və təxribatlara hazır olmağa çağırıb.
"Bu cür təxribat dolu çağırışlara Soçi Olimpiadası və 2018-ci ildə keçirdiyimiz dünya çempionatı ərəfəsində biz də üzləşdik. Bir müddət az qala bütün dünyanı inandırmağa çalışdılar ki, Olimpiadanı və dünya çempionatını keçirə bilməyəcəyik, ayı kimi bizim insanlar da vəhşidir. Amma bütün bu yalanlar bizə idman yarışlarını keçirməyə mane olmadı”.
Komitə sədri bu kimi neqativ fikirlərə baş qoşmamağa çağırıb:
"Bakı finala ev sahibliyi edir. Biz Azərbaycana ancaq uğurlar arzulayırıq. Finalın isə möhtəşəm və baxımlı olacağına inanırıq”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man