Sabah Ramazan ayının 8-ci günüdür.
Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də Bakıda imsak saat 03:48, iftar isə saat 20:03-dədir.
Ramazan ayının 8-ci gününün duası:
"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".
Tərcüməsi:
"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et. Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"
Allah orucunuzu qəbul etsin!