Şuşa haqqında bilmədiklərimiz... Şuşalı alim Qaladan danışır: “Orda cəmi 3 erməni ailəsi tanıyırdım”

Cəmiyyət 08 May 2019 | 09:40
OXUNUB: 3826
Dostlarıma, tanışlarıma demişəm ki, Şuşa alındığı zaman sizi orada pendir-çörək (təndir çörəyi) süfrəsinə qonaq edəcəyəm. Mən o günü yaxın zamanda görəcəyimə çox inanıram. 
 
Bunu Şuşa ilə bağlı xatirələrini Lent.az-a danışan, 1935-ci ildə  Şuşada dünyaya göz açmış, şəhərin Daşçılar nəslinin nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Yunus Hüseynov deyir.
 
O, Qarabağın tarixindən, ermənilərin  qədim Azərbaycan torpaqlarında necə yerləşdirilməsindən bəhs edən altı kitabın müəllifidir. Həmsöhbətimizin dediyinə görə, onun nəslinin nümayəndələri xanlıq dövründə Şuşa qalasının tikintisində fəal iştirak edib: "Daşçılar Şuşada çox böyük nəsli təmsil edir”. 
 
- Yunus müəllim,  Şuşa deyəndə xatirənizdə ilk növbədə hansı məqamlar canlanır?
 
- İki tərəfdən sıldırım qayalarla əhatə olunmuş, qalan iki tərəfdən qala divarları ilə möhkəmləndirilmiş Azərbaycan - Türk qalası canlanır gözümdə.
Qarabağ xanlığının üç paytaxt şəhəri olub: Bayat qalası, Şahbulaq və üçüncüsü isə Şuşa qalasıdır.
 
Şuşa türk əzəmətini özündə ehtiva edir. Hərbi texnika dövründə bu sözlər əhəmiyyətini itirsə də, bu qala öz dövründə alınmaz, toxunulmaz idi.
Bayat müharibəsi, Məhəmməd Həsən Xan Qacarın1757-ci ildə Şuşaya hücumu, 1759-cu ildə Nadirqulu şahın qohumu və onun sərkərdəsi Fətəli Xanın Qarabağa yürüşü, Ağa Məhəmməd Şah Qacarın Qarabağa iki dəfə yürüşü və s. hadisələr Şuşanın alınmaz qala olduğunun sübutudur. Bu yurd yeri hansı tərəfindən yanaşsan, qədim və əzəli Azərbaycan torpağıdır.
Şuşada ən qədim məhəllə Çuxur məhəllədir. Ilk dəfə ora salınıb. 17 məhəlləmiz, 17 məhəllə məscidimiz, iki dənə ümumi namaz qılmaq üçün məscidimiz var.
 
Böyük Qurdlar, Kiçik Qurdlar, Mamayı, Xocamərcanlı və s. məhəllələrin adlarını çəkmək olar. Hər bir məhəllənin adı türk köklüdür. Erməni adında heç bir məlumat yoxdur.
 
-Şuşa zəngin keçmişi, yetişdirdiyi şəxsiyyətləri ilə Azərbaycan tarixində  önəmli yer tutub. Şuşanın tarixi və yetişdirdiyi şəxsiyyətlərlə bağlı nələri deyə bilərsiniz?
 
- Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.
 
1753-cü ildə Şuşa Qarabağın paytaxtı idi. Sürətlə inkişaf edirdi. Şuşanın inkişaf tarixini 4 yerə bölə bilərik:1747-1763-cü illər, 1763-1796-cı illər. Hansı ki siyasi-iqtisadi cəhətdən ən çox inkişaf bu dövrə düşür. 1797-1805-ci illər Kürəkçay müqaviləsi və ondan sonra Qarabağ xanlığının iflası dövrüdür.
 
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri var idi. Şuşalı tacirlər İran şəhərləri və Rusiya ilə ticarət əlaqələri saxlayırdılar. Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
 
Şuşa XIX əsrin konservatoriyasıdır. Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin beşiyidir.
 
Üzeyir Hacıbəyov ümumbəşəri dahidir. Üzeyri ancaq Şuşa mühiti yetişdirə bilərdi və yetişdirdi. 
 
Molla Pənah Vaqifdən tutmuş dövrümüzə kimi Şuşada saysız şairlər, elm adamları, mədəniyyət və incəsənət insanları yetişib.
 
Qarabağ xanlığının xanı Pənahəli xan, İbrahimxəlil xan, Şair Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, yazıçı-dramaturq Nəcəf bəy Vəzirov, xanəndə Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, bəstəkar Zakir Bağırov, şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov və  s. Siyahını çox uzatmaq olar.
Ümumiyyətlə, Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olub. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni işğalçıları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Üzeyir Hacıbəyovun, müğənni Bülbülün musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
 
- Ermənilər Şuşa qalasına nə zamandan gəlməyə başlayıblar?
 
- Bir şuşalı kimi onu deyim ki, 1950-ci ilə qədər Şuşada cəmi 3 erməni ailəsi tanıyırdım. Onlardan biri dəllək Simon, biri bənna Bedrus, üçüncüsü isə Ruben adında xarrat idi. 
 
İkinci Dünya Müharibəsi qurtarandan, xüsusilə 1949-cu ildən sonra Şuşaya ermənilərin ayağı açıldı. 60-ci illərə qədər Şuşada 50-60 erməni ailəsi cəmləşdi. Qarabağda olan erməni kəndlərindən gələn həmin ünsürləri Şuşada olan boş evlərə yerləşdirirdilər. O zaman Şuşada boş evlər çox idi. Vaxtilə repressiya qurbanlarının evləri olmuş o evlərə şəhər sakinləri girmirdilər. Deyirdilər ki, o evlərin sahiblərini sovet höküməti məhv edib, heç kim oradan xeyir tapmaz. Ermənilər həmin monumental evlərdə yerləşirdilər.
 
Buna vilayət partiya komitəsi şərait yaradırdı. Komitə ermənilərin əlində idi və onların kəsdikləri başın haqq-hesabını aparan yox idi. Onlar nə deyirdisə, Şuşa rəhbərliyi də onların dediyini həyata keçirirdi. Şuşada ermənilərin sayının artması milli tərkibə o qədər də təsir göstərmirdi. Mən universiteti bitirdikdən sonra Şuşa Xalq Təhsili Şöbəsində Baş inspektor vəzifəsində işləyirdim. Erməni məktəbi açılmışdı. Həmin məktəbə hər il iki-üç uşaq gətirərdilər. Rus məktəbinə gələnlərin sayı isə 4-5 nəfər olurdu. Onlar da qarışıq ailələrin uşaqları idi. Hesabatı aparanda 1-ci sinifdən 10-cu sinfə qədər erməni uşaqlarının sayı 30 nəfər güclə olurdu.
 
Şuşada ermənilərin heç bir rolu yox idi. Onları heç kim saymırdı.  
Onlar toy edəndə bizimkilər də gedirdi. Sayları az olduğundan çox zaman heç toy etmirdilər. Adət-ənənələri yox idi. Milli yeməklərimizi adlarına çıxırlar. Onlar ancaq donuz ətini qazanda qaynadıb yeməyi bilirdilər. Ona görə nə görürlərsə, qarışqa kimi daraşırlar. Yağış yağanda Şuşada bulağın başına erməni qoymurdular ki, murdarlayacaq. Çünki onlar pinti xalqdır.
Kəndlərdən gələn ermənilər özlərini qaçqın adlandırırdılar. Onlar Şuşada fəhləliklə məşğul olurdular. Onun-bunun həyətini təmizləyir, yerini şumlayırdılar, mal-qarasını saxlayırdılar və s. Ermənilərdə saf qan yoxdur. Onların damarlarında 6-7 millətin qanı dövr edir. İran, romalılar, ingilisər, fransızların, rusların, ərəblərin, türklərin və s millətlərin qanı dövr edir. Bu cür millətdən yaxşı bir nəsil gözləmək lazım deyil. Olduqca paxıl, xəsisdirlər. Zəif olduqları zaman sənin qabağında tülkü kimi quyruq bulayıb, caqqal kimi ulamaq onların adətidir. Elə ki, bir balaca gücləri oldu, istədiklərini edərlər. Azərbaycanlılara qarşı törətdikləri soyqırımı buna misal göstərə bilərik.
Firudin bəy Köçərli yazır ki, İbrahimxəlil xanın dövründə Şuşa qalasında bir albanlaşmış erməni ailəsi olub. Yerli ermənilər xalis erməni deyillər, onlar xristian –albanlardır. Erməni Qarabağa yaddır. Ümumiyyətlə, Cənubu Zaqafqaziya üçün yad bir ünsürdür.
 
Qarabağda erməniyə aid olan heç bir maddi-mədəniyyət abidəsi yoxdur. Şuşada erməni kilsəsi yoxur. Bakıda erməni kilsəsi olduğu fikrinə də şübhə ilə yanaşıram. Erməni kilsəsi olduğu deyilənlərin hamısı albanlara məxsusdur. Ermənilər gedib soxulublar, adını da erməni kilsəsi qoyublar.
 
-Nə vaxtdan Qarabağda məsul vəzifələr daşıyan ermənilərin sayı atmağa başladı?
 
-1960-cı illərdən sonra Şuşada ikinci katib, rayon icra komitəsinin sədrinin birinci müavini, rayon partiya komitəsində təlimatçılardan biri-ikisi mütləq erməni olmalıydı və s. Onlar sanki agent kimi saxlanılırdı.
 
Qorbaçovun hakimiyyətə gəlməsindən sonra isə erməni əhali ilə Azərbaycan əhalisi arasında münaqişələr başladı. Hətta sadə ermənilər də torpaq iddiaları irəli sürürdülər. Onlarda psixoloji bir ideya yaratmışdılar ki, nə vaxtsa mövcud olan "Böyük Ermənistan” dövləti bərpa olunacaq. Hansı ki tarixdə heç vaxt belə bir dövlət olmayıb.
 
- Şuşada hadisələr nə vaxtdan başlamışdı?
 
- 1988-ci ildən başlayaraq ermənilər Şuşanı top, raket və iriçaplı silahlardan atəşə tutmağa başladılar. Yolları kəsdilər, Bakı ilə əlaqəmiz kəsildi. O dövrdəki iqtidar bu məsələnin qarşısını almaqda acizlik göstərdi. Birlikdə yaşadığımız ermənilər də bizimlə düşmənə çevrildilər. 1990-cı illərdən vəziyyət ağırlaşdı. 1992-c ilin əvvəlləri idi. Guya məsələnin həlli üçün sülh yolu ilə danışıqlar aparılacaqdı. İki-üç günlük sakitlik var idi. Mayın 7-dən 8-nə gecə idi. Yaxşı yadımdadır ki, sığınacaqda toplanmışdıq. Təxminən gecə saat 3-ə 27-28 dəqiqə işləmişdi. Şuşanın ətrafındakı hündür ərazilərdən ermənilər rusların 366-cı alayının köməyi ilə şəhəri amansız şəkildə top-raket atəşinə tutdular. Göz-gözü görmürdü. Top, barıt iyi şəhəri bürümüşdü. Evlər yanırdı. Şəhərdə cəmi bir maşın adam qalmışdı. Mən və mənim ailəm də şəhərdə idi. Ayın 8-də təxminən səhər saat 6-ya işləmiş icra hakimiyyətinin başçısı gəlib mənə dedi ki, maşın verəcəyəm sənə  adamlarını da götür Şuşadan çıx. Şuşadan getməyəcəyimi dedim. Bizim özünümüdafiə dəstələrinin harada olduğunu soruşdum. Hamısının öz işləri ilə məşğul olduqlarını dedi. "Ermənilər kütləvi surətdə hücuma keçiblər. Şəhərə doğru irəliləməkdədirlər”,-deyə əlavə etdi.
 
İcra başçısı Nizami Bəhmənov maşın verdi və bizi çıxardılar. Yolda maşını atəşə tutdular. Atılan güllə oturduğum yerdə ayaqlarımın arasından keçdi, amma mənə dəymədi.
 
Bakıya gəldik, çətin günlərlə qarşılaşdıq. Zamanla Şuşa məktəbləri təşkil olundu. Mən də 1 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işlədim. Təsəllimiz uşaqlarımıza verdiyimiz yaxşı təhsil və onların uğurları oldu.
 
Zamanla güzəranımız yaxşılaşsa da, vətən həsrəti bizi üzür. Yuxularımda ancaq Şuşanı-Cıdır düzünü, Topxana, Çaxmaq meşələrini, Daşaltı, Səkili çaylarını, İsa bulağını görürüəm.  Hansının adını çəkim?
 
Bu gün hər bir şuşalını görəndə elə bilirəm ki, Şuşanı görürəm. Məclislərə daxil olanda görüşənlərin sayı-hesabı olmur. Müxtəlif sahələrdən olan çox sayda yetirmələrim var ki, onlarla fəxr edirəm. Şuşanın istiliyini, doğmalığını onlardan alıram. 
 
- Bu gün Bakıda və müxtəlif regionlanlarda doğulan şuşalılara Vətən sevgisi necə aşılanır?
 
-Şuşalı gənclərə Vətən sevgisini aşılayırıq. Amma onlar bizə ancaq kitabdan oxuduqlarını deyə bilirlər. O cənnət vətəni görmədiklərinə təəssüflənirlər. Gənclərimiz İlham Əliyevin apardığı siyasət nəticəsində Şuşanı görəcəklərinə ümüd edirlər.
 
Bəzən internetdə gedən məlumatlara istinad edib deyirlər ki, ermənilər Şuşada belə tikinti aparıb və s. Mən buna inanmıram. Ermənilər bilirlər ki, orada qalmaları müvəqqətidir. Meydan bulağı deyilən yerdən aşağını ermənilər tamamilə  yandırıb. Qalacağı torpağı belə edərmi? Şəhərin mərkəzində bir-iki bina saxlayıb xaricdən gələnlərə göstərirlər. Erməni bilir ki, Şuşa Azərbaycan xalqınındır. Erməni ora yad ünsürdür. O torpaq ermənini qəbul etməz. Azərbaycan torpağı müqəddəs torpaqdır. Şuşaya pis gözlə baxanın gözü hər zaman kor olub. Bundan sonra da belə olacaq.
Ayı kimidi ermənilər. Gəlib torpağımıza pərçim olublar. Onlar bu hadisələrdən sonra bizimlə yaşasalar da, gərək qanunlarımıza sözsüz tabe olsunlar. Dəfələrlə and içsələr də andlarının üstündə durmayıblar. 
 
- Hazırda Şuşanın əhalisi nə qədərdir?
 
- XIX əsrin əvvəlində Şuşada 25 min 881 nəfər, 1913-cü ildə  42 min 558 nəfər əhali yaşayıb. Onların 99 faizindən çoxu azərbaycanlı-türk əhalidir. 1917-ci il Şuşada ən çox əhalinin yaşadığı ildir. 43 min 859 nəfər əhali yaşayıb. Hazırda Şuşa şəhərinin əhalisi 34 min 120 min nəfərdən çoxdur. Azərbaycanın 61 rayonda məskunlaşıb. Həmin əhalinin çox böyük hissəsi şəhər əhalisinə məxsusdur.
 
Şuşanın sovet hakimiyyətinə qədər 60-dan çox kəndi olub.  Sovet hakimiyyəti dövründə 30-a yaxın kəndimiz olub. Kəndləri bilərəkdən sovet hakimiyyəti dağıdırdı ki, əhalinin sayı azalsın.
 
Mənim bircə arzum var ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva başda olmaqla qarabağlılar qələbə gününü Cıdır düzündə qeyd edək. Dostlarım, tanışlar mənə deyirlər ki, Şuşa alınsa, sən nə edəcəksən? Deyirəm  Şuşa alınsın, mən sizi orada təndir çörəyi və pendirlə qarşılayacağam.
Qarabağ hər zaman Azərbaycanın olub, əvvəl-axır da Azərbaycanın olacaq. Heç bir vaxt erməniyə verilməyəcək. Qısa vaxtdan sora biz bunun şahidi olacağıq. 2016-cı ildə onların bel stünun sındırdığımız kimi, vaxt gələcək günəşlərini də söndərəcəyik.
 
Azərbaycan dövləti iqtisadi və siyasi cəhətdən gücləndikcə torpağa qayıdış ümidlərimiz həqiqətə çevrilməyə başladı. Milli, vahid Azərbacan ordusu var və biz bu ordu ilə fəxr edirik. İlham Əliyevin apardığı siyasət hərtərəfli siyasətdir. Belə bir dövlətin qarşısında cılız erməni dövləti tab gətirə bilməyəcək.
 
Yerimizə qayıdacağıq və Şuşa əvvəlkindən  də gözəl vəziyyətə salınacaq.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man